Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI
    • 4-07-2022, 16:40
    • 302

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, iyun ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 723.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.