-
- 5-07-2022, 10:31
- 418
Kiyevdə 26 min bina dağıldı
“Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın Kiyev vilayətində 26 min bina dağılıb və ya zərər dəyib”.
News24.az “RBK Ukraine”yə istinadən xəbər verir ki, bunu Kiyev vilayəti hərbi administrasiyasının başçısı Aleksey Kuleba bildirib.
Onun sözlərinə görə, 12,5 min fərdi yaşayış binasına qismən ziyan dəyib, təxminən 5 min ev tamamilə dağılıb. Eyni zamanda, 975 çoxmərtəbəli binaya qismən zərər dəyib, 170 belə bina isə tamamilə uçub.
A.Kuleva tamamilə dağıdılan binaların dəqiq sayını deməyin çətin olduğunu vurğulayaraq bu istiqamətdə ekspertiza işlərinin davam etdirildiyini deyib.
O həmçinin qeyd edib ki, hərbi müdaxilə nəticəsində 4 orta məktəb binası tamamilə dağılıb, daha 91 məktəbə isə qismən zərər dəyib.
A.Kuleba bildirib ki, Rusiya hərbçiləri 6 uşaq bağçasını dağıdıb, daha 51 uşaq bağçasının binası qismən dağılıb.