Ağır Atletika Federasiyasına YENİ TƏYİNAT
    • 6-07-2022, 14:14
    • 225

Ağır Atletika Federasiyasına YENİ TƏYİNAT

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, AAAF-ın Mətbuat Xidmətindən verilən məlumata görə, məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.