Təmirə gələn maşın yandı
    • 6-07-2022, 16:00
    • 314

Təmirə gələn maşın yandı

Şəki şəhərində ümumi sahəsi 245 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 195 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

News24.az FHN-nin saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və içərisində olan digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.