Təmir sexində mikroavtobus yandı
    • 11-07-2021, 10:18
    • 480

Təmir sexində mikroavtobus yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan ”Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.