Azərbaycan Ordusunun hərbiçisi intihar etdi
    • 6-07-2022, 17:39
    • 390

Azərbaycan Ordusunun hərbiçisi intihar etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.