Sumqayıtda intihar edən sabiq polis əməkdaşının FOTOsu
    • 6-07-2022, 22:47
    • 284

Sumqayıtda intihar edən sabiq polis əməkdaşının FOTOsu

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb. \Trend\