Ağstafada 39 yaşlı kişi bıçaqlandı
    • 6-07-2022, 23:08
    • 292

Ağstafada 39 yaşlı kişi bıçaqlandı

Ağstafa sakini bıçaqlanıb.

Rayonun Kəsəmən kənd sakini 1983-cü il təvəllüdlü İsmayılov Famil bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/