Şabranda avtomobillər toqquşdu, 3 nəfər öldü
    • 7-07-2022, 10:33
    • 213

Şabranda avtomobillər toqquşdu, 3 nəfər öldü

İyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub.

News24.az xəbər verir ki, nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.