Ermənistanda ləğv edilən nazirliklərin əməkdaşları tətilə başlayıblar
    • 21-12-2018, 12:43
    • 694

Ermənistanda ləğv edilən nazirliklərin əməkdaşları tətilə başlayıblar

Ermənistanda Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları həmin qurumların ləğv edilməsi qərarına qarşı bu gün tətilə başlayıblar.

Ermənistan KİV-i xəbər verir ki, tətil iştirakçıları hokumət binalarının qarşısına toplaşıblar.
“Cənab baş nazir gəlib bizimlə görüşmək istəməsə, biz onun ayağına getməyi rəva görərik”, – etirazçıların nümayəndəsi bildirib.
Xatıırladaq ki, bu günlərdə ölkədə aparılan hökumət islahatı nəticəsində mövcud 17 nazirlik əvəzinə 12 nazirliyin fəaliyyət göstərəcəyi bildirilmişdi.

//Report