Cəsədləri parçalayıb satıblar
    • 8-07-2022, 12:17
    • 376

Cəsədləri parçalayıb satıblar

ABŞ-də cəsəd ticarəti geniş yayılıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də mərasim evləri mərhumun qohumlarına morq, dəfn və dəfn mərasimlərini müəyyən ödəniş müqabilində xidmətlər göstərir. Bəzi dəfn evləri dəfn xərcləri qarşılığında cəsədləri satır. Böyük bir ticarət bazarı formalaşıb. Qanun çərçivəsində fəaliyyət göstərən bu şirkətlər elmi və tibbi məqsədlər üçün cəsədləri satırlar. 

Meqan Hess və anası Şirli Kox Kolorado ştatında uzun illər mərasim evi işlədib. Ana və qız cəsədlərin yaxınlarından icazə almadan cəsədləri hissələrə bölüb satıblar. Cinayətlərini “orqan bağışlama” adı altında gizlədiblər. Məhkəmədə bəzi cəsədlərin qızıl dişlərini belə çıxarıb satdıqlarını bildiriblər.

Vüsalə Babaşova