Pensioner qadın 10 il bacı və qardaşının meyitləri ilə eyni mənzildə yaşadı - FOTO
    • 31-07-2018, 10:53
    • 1 377

Pensioner qadın 10 il bacı və qardaşının meyitləri ilə eyni mənzildə yaşadı - FOTO

Rusiyanın Podolsk şəhərində qeyri-adi hadisə baş verib.

News24.az 77 yaşlı şəhər sakini Varvara Demyoninko 10 il bacı və qardaşının mumiyaya dönmüş cəsədləri ilə eyni mənzildə yaşayb. Qadın evdə axtarış aparan polislərə bildirib ki, bacı və qardaşı təxminən 10 il öncə dünyalarını dəyişiblər.

Qadının ifadəsinə görə, o, dəfn üçün pulu olmadığı üçün, cəsədləri öz mənzilində gizlətməli olub. Qadın doğmalarının ölümündən dəqiq nə qədər zaman keçdiyini xatırlamır.

 Daha sonra məlum olub ki, pensioner qarı Vasili adlı qardaşını müqəddəs hesab etdiyi üçün basdırmayıb. Öz mənzilində 3 dənə keçi saxladığına görə, qonşular daim evdən gələn iyi keçilərlə əlaqələndiriblər. Yaxın qonşuların söylədiyinə görə, pensioner qarı hər zaman özünü qəribə aparırdı və heç kimlə ünsiyyət saxlamırdı.

Mənzildən tapılan mumiyalanmış qadın və kişi cəsədələri ekespertiza üçün götürülüb.

İlhamə