-
- 21-12-2018, 12:46
- 1 712
İş adamının güllələnməsi ilə bağlı yeni xəbər - Qətldə qadın izi
Bakıda biznesmen axşam saat 20:00 radələrində paytaxtın Xətai rayonunda güllələnib.
Bakı şəhər sakini, 1973-ci il təvəllüdlü Vahabov Fariz Mirzahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb.
Ekspertiza şöbəsindən verilən məlumata görə, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra gecəylə ailə üzvlərinə təhvil verilib.
Xətai rayon Polis İdarəsindən bildirilib ki, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Vahabov Fariz Mirzahid oğlunun ötən il Xətai rayon Məhkəməsində Məmmədova Aygün Kazım qızı adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunur ki, qətldə elə əmlak davasına görə törədilib.
//Aznews