Şahzadə Harri məhkəməni uddu
    • 8-07-2022, 22:03
    • 499

Şahzadə Harri məhkəməni uddu

Şahzadə Harri məhkəmədə ona böhtan atan qəzetə qalib gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  “The Mail on Sunday” qəzetində şahzadə Harri haqda böhtan xarakterli məqalə dərc olunub.

Məqalədə ABŞ-a köçən şahzadə Harri və Meqan Markl Britaniya hökumətini onlara polis mühafizəsi vermədiyi üçün məhkəməyə müraciət etdiyi iddia edilib. Material “Şahzadə Harri polis mühafizəçisi verilməsi ilə bağlı mübarizəsini necə gizli saxlaya bilib” başlığıyla dərc edilib. 

Məqalədə idda edilənlərin həqiqətdən uzaq olduğunu sübut edən bütün dəlillər məhəməyə təqdim olunub. Məşhur ingilis qəzeti yazıda heç bir nalayiq ifadənin və böhtan xarakterli məlumatın olmadığını idda etsə də, məhkəməşahzadə Harrinin iddiasını təmin edib.

Vüsalə Babaşova