"Qızımla çox məşğul ola bilmirəm" - Nəzakət Teymurova
    • 8-07-2022, 20:00
    • 648

"Qızımla çox məşğul ola bilmirəm" - Nəzakət Teymurova

Xalq artisti Nəzakət Teymurova MTV Azərbaycan televiziyasında açıqlaması ilə diqqət çəkib.

 Nəzakət Teymurova xarakterindən danışıb, kinli olmadığını deyib.

"Deyirəm ki, elə olmayacaq, təəssüf ki, yenə tez bağışlayıram. Xətrimə dəyən insanların gedib yanında dururam, "salam" verirəm, münasibət qururam. Uşaqlar deyirlər ki, axı, o səndən inciyib, sən də ondan. Cavab verirəm ki, vallah heç fərqində olmuram. İnsan robot deyil, sevməli yerdə sevilməli, ağlamalı yerdə ağlamalıdır".

Nəzakət Teymurova yalan danışan insanın tez fərqində olduğunu söyləyib: "İstər sənət dostları, istər də ailə üzvlərim olsun, yalanı ayırd etmək üçün göz işarələri mənə bəs edər".

Xalq artisti sənətinə görə ailə üzvlərinə vaxt ayıra bilmədiyini də etiraf edib: "Əzizlərimə vaxt ayıra, qızımla çox məşğul ola bilmirəm. Şükür olsun ki, yenə anam yanımdadır". /Teleqraf.com/