Laçında qəza – Aşırımda 2 maşın toqquşdu
    • 8-07-2022, 22:24
    • 383

Laçında qəza – Aşırımda 2 maşın toqquşdu

Laçın rayonunda yol qəzası baş verib, nəticədə bir nəfər xəsarət alıb.

Hadisə Kəlbəcər-Laçın yolunun Duzdağ aşırımında baş verib.

Belə ki, əks istiqamət üzrə hərəkət edən “Mitsubishi” və “Niva” markalı minik maşınları toqquşub. Nəticədə bir nəfər xəsarət alıb.

Yaralı Kəlbəcər rayonunda tibbi yardım aldıqdan sonra, Göygöl rayonuna göndərilib. Onun dizində sınıqlar olduğu deyilir.

Faktla bağlı araşdırma başlanıb. /Bizim.Media/