Mingəçevirdə minik maşını mikroavtobusla toqquşdu, 5 nəfər xəsarət aldı
    • 4-05-2021, 11:17
    • 413

Mingəçevirdə minik maşını mikroavtobusla toqquşdu, 5 nəfər xəsarət aldı

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var. 

Hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib.
“VAZ-21099” markalı minik maşını yük daşıyan kiçik tutumlu “Ford” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA/