-
- 21-12-2018, 14:12
- 1 255
Azərbaycanda tibbi xidmət dəyişdirilir - Yeni qurumun faydaları
Parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs yaradılması ilə bağlı ölkə prezidentinin imzaladığı fərmanı şərh edib.
Sözügedən fərmanla Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq tibb müəssisələrinin böyük bir hissəsinin idarə olunması agentliyin idarəçiliyinə verildi: "Bu məqsədlə də cənab prezident agentliyin nəzdində TƏBİB publik hüquqi şəxsin yaradılması barədə fərman verdi. Bu, təbii ki, səhiyyə sistemində keçirilən islahatlarla bağlıdır. Məqsəd əhaliyə göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin əlçatanlılığının asanlaşdırılması, maliyyələşdirilmənin optimallaşdırılması bütövlükdə vətəndaşa göstərilən tibbi xidmətin yeni bir modeldə yəni, sığorta sistemində tətbiqinə şərait yaratmaqdır".
Deputat xatırladıb ki, icbari tibbi sığorta ilə bağlı 2008-ci ildən bu yana işlər həyata keçirilir: "Cənab prezidentin dəfələrlə bu barədə sərəncamı olub. Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib. Agentlik 2015-ci ildə yaradılıb.
Pilot şəklində Gəncə, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunub. Gələn il onun bütün ölkə ərazisində tətbiqi ilə bağlı hazırlıq işləri görüləcək. Bu tibb müəssisələrinin publik hüquqi şəxsin idarəçiliyinə verilməsi, aparılacaq hazırlıq işləri ilə bağlıdır. Bunun üçün vahid informasiya bazası olmalıdır. Kadrlarla bağlı hazırlıq işləri getməlidir. Səhiyyə müəssisələrinin icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə qurulmasının təsdiq olunması, müəyyən maliyyələşmə sisteminə hazırlanması üçün sözügedən fərman verilib. Fərmanın icrası da yəni səhiyyə müəssisələrinin TƏBİB-ə keçməsi 2020- ci ilin yanvarın 1-dən, qalan məsələlər isə fərman imzalandığı gündən qüvvəyə minir".
//Qafqazinfo