“10 yaşımda məni yadplanetlilər qaçırtdı” - 20 ildən sonra evinə dönüb hər kəsi şoka saldı
    • 12-07-2022, 12:44
    • 391

“10 yaşımda məni yadplanetlilər qaçırtdı” - 20 ildən sonra evinə dönüb hər kəsi şoka saldı

10 yaşında yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən Toni Rodrigez açıqlaması ilə hər kəsi şoka salıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodrigez bu haqda qatıldığı podkast proqramında danışıb: “Ailəmlə kənddə yaşayırdım. Gecə birdən oyandım. Otağımda qəribə parlaq mavi bir kürə, yatağımın üstünə isə boz bir rəng düşdüyünü gördüm. Uzanıb ona toxundum, canlı, soyuq və nəm idi. Səs belə çıxartmadan mənə nəsə etdi və iflic oldum. 3-4 qısaboy, sürünən görünüşdə məxluqlar gəldi. Məni yataqdan qaldırıb bir işıq parıltısına doğru apardılar. Oyananda UNO-da deyildim, yadplanetlilərin telepatiya vasitəsilə əlaqə yaratdıqları bunker idi”.

Daha sonra Rodrigez bildirib ki, onun başının arxasından hissələr götürüb genetikasını araşdırıblar. Aparılan testlərdən sonra məlum olub ki, Rodrigez yadplanetlilər üçün lazımlı bir şəxsdir. Bəzi təlimlərin keçilməsi üçün yadplanetlilər onun həyatına 20 il əlavə ediblər. 
Yaşadığı bu hadisədən sonra yaddaşı yavaş-yavaş yerinə gəldiyini bildirən Rodrigez Marsa göndərildiyini də vurğulayıb. 



Vüsalə Babaşova