Lökbatanda qamışlıq ərazi yanır - YENİLƏNİB
    • 13-07-2022, 11:26
    • 283

Lökbatanda qamışlıq ərazi yanır - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

İlkin məlumata əsasən, təqribən 1 ha qamışlıq ərazi yanıb.

Əlavə məlumat veriləcək.

***

10:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.