Yeni təhlükə: Bu tullantılar insanları öldürə bilər
    • 13-07-2022, 12:38
    • 379

Yeni təhlükə: Bu tullantılar insanları öldürə bilər

Alimlər ötən 10 il ərzində raket qalıqlarının Yerdə ölümcül hadisə ilə nəticələnə biləcəyi ehtimalını araşdırıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, raketlərin işlək olmayan hissələri atmosferə nəzarətsiz daxil olmağa davam edərsə, bu ehtimal yüzdə ona çatacaq. “British Columbia” Universitetinin professoru  Maykl Bayersin rəhbərlik etdiyi tədqiqatçılar "Nəzarətsiz raket buraxılışlarının yaratdığı lazımsız risklər" adlı araşdırmada əldə etdikləri nəticələri təsvir ediblər. 

Araşdırma hökumətləri tezliklə tədbir görməyə və raketlərin nəzarətsiz olaraq Yerə düşməsinin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb. 30 illik məlumatları araşdırıblar. Məlum olub ki, fəzaya buraxılan parçalar sonradan atmosferə daxil olur. 
Vüsalə Babaşova