Sabahın hava proqnozu AÇIQLANDI
    • 13-07-2022, 12:51
    • 210

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.