“Embawood”un xanım menecerinə qarşı cinayət: Gözünün önündə maşınının şüşəsini sındırıb...
    • 14-07-2022, 11:41
    • 402

“Embawood”un xanım menecerinə qarşı cinayət: Gözünün önündə maşınının şüşəsini sındırıb...

Bakıda xanıma məxsus avtomobilin şüşəsini sındıraraq 13 min manatlıq əşyalarını oğurlayan 1971-ci il təvəllüdlü Rauf Nəzərova hökm oxunub.

News24.az-ın məlumatına görə, Suraxanı rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Rauf Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq) maddəsi ilə təqsirləndirilib.

İstintaq zamanı məlum olub ki, hadisə bu ilin yanvarın 8-də axşam saat 19 radələrində baş verib.

Belə ki, həmin vaxt «Embawood» mebel salonunun Babək prospektindəki filialında satış meneceri işləyən Aybəniz Quliyeva «Hyundai İX35» minik markalı 10UY275 dövlət qeydiyyat nişanlı avtomobil iilə Suraxanı rayonu ərazisində yaşayan atasıgilə qonaq gedib. O, çoxmərtəbəli binanın 9-cu mərtəbəsində olarkən həyətə baxıb və 5-ci mərtəbədə yaşayan qonşusu Raufun maşının ətrafında gəzdiyini görüb. Aybəniz maşının açarını qardaşı oğluna verərək həyətə düşüb maşının salonundakı çantasını gətirməsini deyib. Lakin həmin vaxtadək Rauf maşının şüşəsini sındırıb və içərisində 13 min manatlıq əşyalar olan çantanı götürərək qaçıb. O, çantanı aparıb gizlətdikdən sona heç nə olmamaış kimi hadisə yerinə qayıdıb. Bir qədər sonra polislər hadisə yerinə gəliblər və Aybəniz maşının şüşəsinin qonşusu Rauf tərəfindən sındırıdlığını gördüyünü və əşyaların da onun götürdüyünü deyib. Bundan sonra 51 yaşlı Rauf götürdüyü əşyaları geri qaytarmağa məcbur olub. 

Çantada bu əşyalar olub:

1 ədəd 50 manat dəyərində qara rəngli süni dəri materialdan hazırlanmış “Dior” markalı qadın əl çantası;
1 ədəd 120 manat dəyərində 100 ml həcmli 30 faiz istifadə olunmuş “Narcisio Rodrigez” ətri;
1 ədəd 50 manat dəyərində 50 ml həcmli 20 faiz istifadə olunmuş “Artistique” ətri;
1 ədəd 20 manat dəyərində 30 ml həcmli 50 faiz istifadə olunmuş “D&P” ətri qablaşması ilə;
1 ədəd 90 manat dəyərində “İydə” markalı dezodorant qablaşması ilə;
1 ədəd 755 manat dəyərində üzərində hər hansı danışıq kartı və aksesuarı olmayan Vyetnam istehsalı “Samsung” markalı, SM-J 710FNDS modelli telefon;
1 ədəd 870 manat dəyərində 55,59 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “Tissot” yazısı olan qol saatı;
1 ədəd 570 manat dəyərində 42,65 qramlıq dəmir əsaslı ərintidən siferblatının iç tərəfində “Daniel Klein” yazısı olan qol saatı;
1 ədəd 1670 manat dəyərində 750 əyarlı 14,14 qram qızıl oval formalı halqalardan ibarət sarı rəngli, kilid və qulaqcığında “750” “İTALY 750” damğası olan qızıl boyunbağı;
1 ədəd 1200 manat dəyərində 583/585 əyarlı 15,12 qram qulaqcığında “583” damğası olan qızıl boyunbağı;
1 ədəd 1670 manat dəyərində 750 əyarlı 16,68 qram, dördkünc formalı elementlərdən ibarət sarı rəngli qulaqcığında “İTALY 750” damğası olan qızıl qolbaq;
1 ədəd 870 manat dəyərində 750 əyarlı 8.23 qram dairə və oval halqalardan ibarət sarı rəngli, kilidində “750” damğası olan qızıl qolbaq;
1 ədəd 900 manat dəyərində 4,40 qramlıq 583/585 əyarlı halqasının iç tərəfində “585” damğası olan sarı rəngli qızıl üzük;
1 ədəd 1200 manat dəyərində 583/585 əyarlı 8.45 qram üzərində qiymətsiz rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli sarı rəngli qızıl üzük;
1 ədəd 2400 manat dəyərində 916 əyarlı 13,84 qram ürək formalı, sarı rəngli 1 ədəd qızıl kulon, 1 ədəd 500 manat dəyərində 583/585 əyarlı 6,77 qram üzərində qiymətsiz yaşıl rəngli və rəngsiz, şəffaf qaşları olan qırmızımtıl-sarı rəngli, kilidlərində “F*585” və 7 TÖ” damğalı qızıl sırğa cütü;
1 ədəd 30 manat dəyərində 22,28 qramlıq dəmir əsaslı metaldan olan üzərində bənövşəyi rəngli və rəngsiz qaşları olan gümüşü rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa dəsti;
1 ədəd 20 manat dəyərində 10,73 qramlıq qiymətsiz metal ərintisindən olan üzərində qaşları olan, kilidi iynəşəkilli, qara rəngli bir tayı qırıq vəziyyətdə olan sırğa dəsti; 

(Ümumilikdə 12.985 manat dəyərində)

Məhkəmədə Aybəniz Quliyeva Raufun cəzalandırılmasını tələb edib. Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesin yekununda Raufa 4 il həbs cəzası verilib.