“Tarqovı”da gecə saat 2-də qanlı dava olub
    • 6-05-2022, 18:36
    • 328

“Tarqovı”da gecə saat 2-də qanlı dava olub

Ötən ilin 4 oktyabr tarixində gecə saat 2 radələrində Səbail rayonu “Tarqovı” məhəllə adlanan ərazidə - Xaqani bağı yaxınlığında bıçaqlanma əməli törətmiş 19 yaşlı Yusif Yusifliyə hökm oxunub.


News24.az -ın məlumatına görə aparılmış araşırmalarla müəyyən edilib ki, həmin vaxt hadisəni törədən Yusif 1 il əvvəl Nəsimi rayonu ərazisində oğurluq, soyğunçuluq və dələduzluq əməllərinə görə tulub və həmin vaxt Nəsimi rayon Məhkəməsi onun gəncliyini, ilk dəfə cinayət törətməsini, islah olunma ehtimalını nəzərə alaraq ona həbslə bağlı olmayan cəza növü tətbiq edərək azadlığa buraxıb. 

O, da məlum olub ki, Yusif Yusifli 9-cu sinfədək təhsil aldıqdan sonra təhsilini yarımçıq buraxıb və anasının yaşadığı evi tərk edərək paytaxtın mərkəzində “Saşa” ləqəbli dostu ilə kirayə yaşayıb.

Hadisəyə gəlincə, oktyabrın 4-də gecə “Tarqovı”da gəzən Yusif Xaqani bağı tərəfdə bir qrup gəncin toplandığını görüb və onlara yaxınlaşıb.

Burada o Rauf adlı tanışı ilə görüşdükdə Rauf onun belində bıçaq olduğunu görüb istehza ilə “bu bıçağı çıxarmayacaqsansa niyə gəzdirirsən?” deyib.

Yusif də dərhal bıçağı çıxarıb və Raufa 1 zəbə endirib.

Daha sonra Rauf xəstəxanaya, Yusif isə ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparılıb.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddəsi ilə iş açılıb.