Rusiya Vinnitsa şəhərini raket atəşinə tutub: Çox sayda ölən var - YENİLƏNİB
    • 14-07-2022, 14:57
    • 438

Rusiya Vinnitsa şəhərini raket atəşinə tutub: Çox sayda ölən var - YENİLƏNİB

Rusiyanın Vinnitsaya raket hücumu nəticəsində həlak olanların sayı ikisi uşaq olmaqla 17 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Vinnitsa vilayətinin prokurorluğu məlumat yayıb.

“Artıq atəş nəticəsində əvvəllər 2-si uşaq olmaqla 17 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Məlumat dəqiqləşdirilir”, - məlumatda deyilir.

***

14:20


Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.

News24.az xəbər verir ki, raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.