-
- 14-07-2022, 18:35
- 355
Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO
Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.
Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə baş tutub.
Bildirilib ki, iyulun 14-də Baş Prokurorluqda görüş keçirilib. Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçılarının birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
İ.Şotadze rəhbərlik etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Görüşdə Gürcüstanın Kvemo-Kartli və Kaxetiya bölgələrində sıx yaşayan soydaşlarımızın, eləcə də ölkəmizin Ağstafa, Qazax, Balakən, Zaqatala və digər rayonlarda yaşayan etnik gürcülərin hüquq və azadlıqlarının qorunması məsələləri müzakirə olunub. Eyni zamanda hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində, ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Görüşlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.