Qırx beş ölkə Ukrayna üçün birlikdə çalışacaq
    • 15-07-2022, 15:40
    • 248

Qırx beş ölkə Ukrayna üçün birlikdə çalışacaq

“40-dan çox ölkə Rusiya ordusunun Ukraynada həyata keçirdiyi hərbi cinayətləri araşdırmaq üçün birgə çalışacaq”.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə 45 ölkənin imzaladığı siyasi bəyannamədə deyilir. Bəyannamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin mənzil-qərargahında keçirilən konfrans zamanı imzalanıb.

Bəyannaməni imzalayanlar sırasında Avropa İttifaqı (Aİ) ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada, Meksika və Avstraliya da olub. 

Məlumata görə, bəyannaməyə imza atan ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə kömək etmək və BMT-nin müharibə cinayətlərini araşdırmaq səylərini dəstəkləmək üçün 20 milyon avro ayırmağı vəd ediblər.