İrina Şeyk müharibəni dəstəkləməkdə günahlandırıldı - FOTO
    • 16-07-2022, 11:54
    • 570

İrina Şeyk müharibəni dəstəkləməkdə günahlandırıldı - FOTO

Məşhur rus model İrina Şeyk “Instagram”-da etdiyi paylaşımdan sonra Putini müharibəyə görə dəstəkləməkdə ittiham olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, model sosial şəbəkənin “story” bölməsində paytaxt salatının şəklini paylaşaraq üstünə “Russianzz on Wednaday” (Çərşənbə günü ruslar) yazıb. Şeykin “Russians” (ruslar) sözünün sonundakı hərfləri dəyişərək “zz” yazması Putini Ukraynaya qarşı müharibədə dəstəklədiyini göstərib. 

“Z” hərfinə rusların bütün tanklarının üzərində təsadüf etmək olar. Rusiya müdafiə nazirliyi açıqlamasında bu simvolun “zəfər”ə işarə olduğunu bildirib.

Vüsalə Babaşova