Sədərək Ticarət Mərkəzində yanğın - Video
    • 16-07-2022, 20:00
    • 433

Sədərək Ticarət Mərkəzində yanğın - Video

FHN-in 112 “Qaynar” telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

Nazirlikdən News24.az -a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazakara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.