Bağçalara qəbul zamanı bu uşaqlara ÜSTÜNLÜK VERİLƏCƏK
    • 18-07-2022, 10:56
    • 272

Bağçalara qəbul zamanı bu uşaqlara ÜSTÜNLÜK VERİLƏCƏK

Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları veriləcək.

News24.az xəbər verir ki, həmin kateqoriyaya aşağıdakı qrupları aiddir:

- şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

- tək işləyən valideynlərin övladları;

- I və II qrup əlillərin övladları;

- hərbi xidmətdə olan valideynlərin övladları;

- təhsilalan anaların övladları;

- çoxuşaqlı ailələrdən olan uşaqlar;

- qəyyumluqda olan uşaqlar.