Ombudsman Uşaqlar Gününü şəhid övladları ilə keçirdi - FOTO / VİDEO
    • 1-06-2022, 14:49
    • 635

Ombudsman Uşaqlar Gününü şəhid övladları ilə keçirdi - FOTO / VİDEO

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda bayram tədbiri təşkil olunub. 

News24.az
-ın məlumatına görə, Ombudsman Səbinə Əliyeva tədbirdə şəhid övladları ilə görüşüb, bayram münasibətilə onları təbrik edib və xoş arzularını bildirib. 

Müvəkkil  uşaqlarla maraqlı gün keçirərək, onların istək və ehtiyaclarını öyrənib, suallarını cavablandırıb. 

Bayram tədbiri çərçivəsində istedadlarını nümayiş etdirən uşaqlar üçün keramika əl işlərindən ibarət ustad dərsi təşkil edilib, qrup oyunları keçirilib.

Daha sonra tədbir uşaqlar üçün hazırlanmış nahar fasiləsi və əyləncəli proqram, o cümlədən karaoke ilə davam etdirilib. Bununla yanaşı, asudə vaxtlarının daha maraqlı keçməsi üçün Eko-Parkda uşaqların gəzintisi təşkil edilib.

Bayram tədbirinin sonunda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub, birgə fotolar çəkdirilib. 

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev
Montaj: Adil Ağayev