-
- 18-07-2022, 18:53
- 1 319
Nizaməddin məscidi təmirdən sonra- FOTOLAR
14-cü əsrə aid Nizaməddin məscidi qədim tarixə malik önəmli tarixi memarlıq abidəsidir. Məscid karvansara sistemində tikilib. 3 hissədən ibarətdir. Bakının Əmircan kəndinin mərkəzində yerləşir. Məscidin fasad hissəsi yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. Yerli sakinlərin dediyinə görə, kəndin tarixi məscidin inşası dövründən başlanılır.
Burada diqqət çəkən məqamlardan biri də odur ki, məsciddə meyitləri saxlamaq üçün xüsusi otaq var idi. Kərbəla, Həcc gedən şəxslər həmin cəsədləri aparıb müqəddəs torpaqlarda dəfn edirdilər. Kəndin sakinləri deyir ki, indi də həmin yerdə insan sümüklərinə rast gəlmək olur.
Məscidin 4 giriş qapısından 3-nün üstündə daş kitabələr həkk olunub. Yerli camaatın verdiyi məlumata görə, bu məscidin ibadət zalı əvvəllər kiçik olsa da, get-gedə böyüdülmüşdür.
İndiki məscidin ibadət zalının iç sahəsi 24x6 metr, hündürlüyü isə 5 metrdir. Məscidin mehrabının hündürlüyü 2 metr olub, üstündə, bir neçə yerdə ərəbcə “Allah ” sözləri yazılıb. Bundan əlavə, mehrabın üst hissəsindəki daş kitabə başıaşağı vəziyyətdədir.
Yerli sakinlərin bildirdiyinə görə, bu, sonralar təmir zamanı ermənilər tərəfindən edilib. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir. Məscidin minarəsi yoxdur, günbəzinin hündürlüyü fasad tərəfdən 1,5 metrdir.
Qeyd edək ki, bu məscidin ustası Abbas Əli, məscid üzərindəki kitabələrin müəllifi isə Məhəmməd Tağıdır. Onu da bildirmək lazımdır ki, məscidin tarixi əhəmiyyəti olduqca böyükdür.
Belə ki, bu memarlıq abidəsinin tarixi onun Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikildiyini göstərir. Məsciddəki ərəb dilində yazılmış kitabələrdən birinin ikinci sətri belə oxunur: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi - hicri-qəməri 730-cu il (miladi tarixi ilə 1329-1330) ”.
20-ci əsrin əvvəllərində bu məscid yenidən təmir olunaraq inşa işləri aparılıb. Belə ki, qərb tərəfdəki eyvanın mərkəzində Nizaməddinin tikdirdiyi qapının qarşısında 4 daş sütundaıflbarət giriş yeri düzəldilib. Bu barədə qapının üstündəki ərəb əlifbası ilə yazılmış kitabədə oxuyuruq: “Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir ”.