-
- 18-07-2022, 15:45
- 331
Bu ölkə Covid-19-un 7-ci dalğasını yaşayır
İran Covid-19-un 7-ci dalğasını yaşayır.
İranın Səhiyyə naziri Bəhram Eynullahi İranda Covid-19 epidemiyasının 7-ci dalğasının başladığını açıqlayıb. Nazir vətəndaşları peyvənd etməyə və maska taxmağa çağırıb.
İran Səhiyyə Nazirliyinin verdiyi açıqlamada ölkədə son 24 saatda 5751 yeni yoluxma faktının aşkarlandığı, 13 nəfərin isə virusdan öldüyü bildirilib. Nazirlik yeni yoluxma hallarından 516-nın vəziyyətinin ağır olduğunu, onlardan 656-nın xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, İranda Covid-19 epidemiyası başlayandan bəri 7 milyon 278 min 478 nəfərdə Covid-19 aşkar edilərkən, 141 min 499 nəfər virus səbəbilə həyatını itirib.