"Sürixdə daha inamlı mübarizə aparacağıq"
    • 19-07-2022, 22:48
    • 462

"Sürixdə daha inamlı mübarizə aparacağıq"

"Maraqlı, bol qollu oyun oldu. 3:1 və ya 4:2 hesablı nəticələr daha real görünürdü. Futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkdilər".

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Qurbanov mobil, dinamik komandaya qarşı oynadıqlarını bildirib: "Bəzən rəqib bizi müdafiə olunmağa məcbur edirdi. Cavab matçına daha yaxşı hazırlaşacaq və səfərə qalib gəlmək üçün gedəcəyik. İnanıram ki, Sürixdə daha inamlı mübarizə aparacağıq".

Qurbanov ikinci hissədə üstünlüyün rəəqibə keçməsinin səbəbini də açıqlayıb: "Fasilədən sonra da oyunu rəqibin üzərində qurmaq istəyirdik. Amma "Sürix"in böyük təcrübəsi var və topla çox yaxşı davranan komandadır. Sürətli futbolçuları var. Təzyiq edəcəklərini gözləyirdik. Buna baxmayaraq, ikinci hissəsinin ortalarına doğru üstünlüyü yenidən ələ aldıq. Yaxşı qol epizodlarımız oldu. Sadəcə, rəqibin qol imkanları yox idi. Hər şeyi özümüz etdik. Futbol səhvlər üzərində qurulub. "Sürix"in gücü ilk hissədəki tempi qoruyub-saxlamağımıza mane oldu. Hər bir halda rəqibə dəyər verməliyik".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.