""Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik" - Qurban Qurbanov
    • 15-02-2022, 15:07
    • 361

""Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik" - Qurban Qurbanov

"Matça rahat yox, amma çox ciddi hazırlaşmışıq və yaxşı rəqibə qarşı oynayacağıq".

News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda deyib,

50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların bu günlərdə inamlı olması üçün çalışıblar: "Biz böyümək istəyiriksə, daha inamlı olmalıyıq. Daim bunu oyunçulara demişik. Əminəm ki, bunun nəticəsini görəcəyik. "Marsel"ə qarşı layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik". /Report.az/