Türkiyəli mayoru qətlə yetirən terrorçu SAXLANILDI - FOTO
    • 20-07-2022, 13:33
    • 340

Türkiyəli mayoru qətlə yetirən terrorçu SAXLANILDI - FOTO

2015-ci ildə türkiyəli mayor Arslan Kulaksızın şəhid olduğu hücumun müqəssiri olan “PKK” terrorçusu Savaş Çelik saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumata görə, Savaş Çelik Türkiyənin Milli Kəşfiyyat Təşkilatının ölkə xaricində həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb və Türkiyəyə gətirilib.