"Əliyev dedi ki, proseslər müsbət istiqamətdə gedir" - ƏRDOĞAN
    • 20-07-2022, 17:57
    • 383

"Əliyev dedi ki, proseslər müsbət istiqamətdə gedir" - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Ərdoğan deyib:

“Cənab Putin, səhv etmirəmsə, ötən gün prezident İlham Əliyevlə danışıb. Rusiya lideri mənimlə söhbətində dedi ki, bizim gözlənilən görüşümüz barədə Əliyevlə danışıb və ondan mənə salam gətirib”, - deyə Ərdoğan Cənubi Qafqazdakı vəziyyətə, o cümlədən Zəngəzur dəhlizi layihəsinə toxunub. Türkiyə prezidentinin sözlərinə görə, bu yaxınlarda oözü də Azərbaycan prezidenti ilə danışıb.

“İlham Əliyev proseslərin müsbət istiqamətdə getdiyi barədə məlumat verdi. Bundan əvvəl, məlum olduğu kimi, Azərbaycan, Ermənistan və Aİ liderlərinin üçtərəfli görüşü baş tutub. Əliyevin sözlərinə görə, bu görüş də müsbət məcrada keçib. Bildiyimə görə, hər şey planlaşdırıldığı kimi gedir. Tezliklə həmin ərazidə yeni hava limanı istifadəyə veriləcək”, - deyə Türkiyə lideri bildirib.