Narkotik qəbul edən sürücü saxlanıldı
    • 21-07-2022, 11:23
    • 236

Narkotik qəbul edən sürücü saxlanıldı

Baş Dövlət Yol Polisiİdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da saat 14 radələrində Siyəzən rayonu ərazisində “Opel” markalı avtomobil saxlanılıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Ramal Zamanovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə protokol tərtib olunub. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən o, Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan metamfetamin aşkar olunaraq götürülüb.