DYP saxlanılan maşından istifadəsi riskli olan həblər aşkarladı
    • 13-06-2022, 12:40
    • 299

DYP saxlanılan maşından istifadəsi riskli olan həblər aşkarladı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 11-də saat 14 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən postda “Nissan” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

News24.az xəbər verir ki, Bakı şəhər sakini Yusif Əliyevin narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə dəvət olunub. 

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 16 ədəd “Tramadol”, 4 ədəd “Fenazepam” və 2 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

Y.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən protokol tərtib edilərək Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.