Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
    • 13-06-2022, 12:01
    • 224

Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsi və Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qusar rayon sakini Elbrus Mürşüdovun idarə etdiyi “Mercedes” markalı avtomobil Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılıb.

 News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.  

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və marixuana da aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.