Mətbuat katibi İsrail səfirinə belə dəstək verdi -FOTO
    • 21-07-2022, 14:48
    • 568

Mətbuat katibi İsrail səfirinə belə dəstək verdi -FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İsrailin Azərbaycandakı səfiri Corc Dikə dəstək nümayiş etdirib.

News24.az-ın məlumatına görə, A.Nəcəfli “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən foto çəkdirib. Mətbuat katibi öz sosial şəbəkə hesabında bu fotonu paylaşıb.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.
İsrailli diplomat tviterdə yazıb:

"Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.