Bir həftədə 195 mina aşkarlanıb
    • 25-07-2022, 10:44
    • 448

Bir həftədə 195 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, iyulun 18-dən 24-dək 184 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 181 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 953 hektar ərazi mina və PHS-lərdən təmizlənib.