-
- 24-12-2018, 11:00
- 2 602
Tacikistanda hicab qadağası
Tacikistan hökuməti hicablı qadınların dövlət və özəl idarələrə daxil olmasını qadağan edən qanun layihəsi hazırlayır.
Hökumət qadınlara hicab və qara rəngli baş örtüyü taxmağı məsləhət görmür. Bu qurum dəfələrlə əhali arasında izahat işi aparıb, hicablı qadınlara başa salmağa çalışıb ki, bu tacik qadınlarının milli ənənələrinə və mədəniyyətinə ziddir. Bununla belə, ölkədə hicablı qadınların sayı getdikcə çoxalır. Onların arasında gənc qızlar da az deyil.
Tacikistanın hüquq müdafiəçiləri və hicab geyinən qadınlar bu məhdudiyyətləri insan hüquqlarının və azadlıqlarının pozulması kimi qiymətləndirirlər.
//AZƏRTAC