Məşhur aktyor: “Siqaret çəkən qadın əxlaqsızdır”
    • 25-03-2019, 14:20
    • 841

Məşhur aktyor: “Siqaret çəkən qadın əxlaqsızdır”

“Siqaret çəkən qadın əxlaqsızdır”

News24.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri aktyor Yaşar Alptekin deyib. 

Aktyor müsahibəsində bəzi hicablı qadınların islama ziyan verdiyini bildirib:
“İllər öncə hicablı qadın indiki kimi belə rahatlıqla küçələrdə gəzə bilmirdi. Sərbəstlikləri yox idi. Evdə otururdular. İndi isə öz həyatlarını yaşayırlar. Özünü qoruya bilən qısa ətəkli qadına heç biz söz demək lazım deyil. Eyni zamanda, həmin qadın saqqal saxlayan kişilərin işinə qarışmamalıdır. Bəsi hicablı qadınlara baxıram ki, dodaqlarında boya, gözlərində sürmə çəkir, əyinlərində dar libaslar var.  Tünd qoxulu ətirlərdən istifadə edirlər. Belə müsəlmanlıq olmur. Belələri bu vəziyyətdə islama ziyan verirlər. Bir də ki, istər hicablı olsun istərsə də hicabsız - küçədə siqaret çəkən qadın əxlaqsızdır”.