Məhəmməd Əlinin kəməri bu qiymətə SATILDI - FOTO
    • 25-07-2022, 12:51
    • 259

Məhəmməd Əlinin kəməri bu qiymətə SATILDI - FOTO

Boksçu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda 6,18 milyon ABŞ dollarına satılıb.

News24.az xəbər verir  ki, hərracda məşhur idmançının digər əşyaları və Co Freyzerə qarşı “əsrin döyüşü”nə girərkən rinqə çıxdğı xalatı da satılıb.

Qeyd edək ki, Məhəmməd Əli 1974-cü ildə Corc Formanı 8-ci raundda nokauta salaraq titulunu geri alıb. Əfsanəvi boksçu 2016-cı ildə vəfat edib.