Bred Pitt və Cennifer Enistonun evi ŞOK QİYMƏTƏ SATILDI
    • 12-08-2020, 10:50
    • 797

Bred Pitt və Cennifer Enistonun evi ŞOK QİYMƏTƏ SATILDI

Vaxtilə Hollivud aktyorları Bred Pitt və Cennifer Enistonun birlikdə yaşadığı ev 32,5 milyon dollara satılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildə evlənən məşhurlar 2001-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Beverly Hillsdə yerləşən bu 1934-cü ilə aid olan malikanəni 13,5 milyon dollara alıblar.

2006-cı ildə boşanmalarından bir il sonra Pitt və Eniston evi təxminən 28 milyon dollara satıblar.

Ötən il ərazisi min kvadratmetrdən çox olan bina əmlak bazarına qayıdıb. Sonra 56 milyon dollara yenidən satılıb, ancaq bu qiymətə bir ev almaq istəyən olmayıb.

Bu ilin mart ayında isə qiymət 44 milyon dollara endirilib.

Ev bu yaxınlarda adı açıqlanmayan alıcı tərəfindən əldə edilib. Daşınmaz əmlak üçün 32.5 milyon dollar ödənilib.

Bu məbləğ, Bred Pitt və Cennifer Enistonun təxminən 20 il əvvəl ödədiyi məbləğdən iki dəfə çoxdur.