Alimlərdən dünyanı təəccübləndirən ARAŞDIRMA: “İtlər burunları ilə GÖRƏ BİLİR”
    • 25-07-2022, 17:49
    • 898

Alimlərdən dünyanı təəccübləndirən ARAŞDIRMA: “İtlər burunları ilə GÖRƏ BİLİR”

“The Journal of Neuroscience” jurnalında dərc olunan araşdırmada elm adamları diffuziya MRT görüntüləri ilə ev itlərinin qoxu sinirləri və beyin kökləri arasında neyron zəncirin 3D xəritəsini hazırlayıblar. 

News24.az xəbər verir ki, tədqiqat 23 müxtəlif növ it üzərində aparılıb.


Tədqiqatda iştirak edən Kornell Universitetinin “neyroimaging” tədqiqatçısı Pip Conson xəritədə burun və beynin görmə korteksi arasında əvvəllər məlum olmayan, nəhəng bir yol görüb. 

Consona görə, itlərin iybilmə qabiliyyəti insanların görmə bacarığından daha üstün çalışır.