Evlilik təklifini rədd etdiyi üçün ÖLDÜRÜLDÜ
    • 26-07-2022, 17:33
    • 372

Evlilik təklifini rədd etdiyi üçün ÖLDÜRÜLDÜ

Misirdə Mansoura Universitetində təhsil alan 21 yaşlı Naira Əşrəfi qətlə yetirilib. 

News24.az xəbər verir ki, buna səbəb gənc qızın qrup yoldaşı Mohamed Adel tərəfindən edilən evlilik təklifinə yox deməsi olub. Bundan sonra Adel qızı hər gün izləyib. Daha sonra o,  universitetin həyətində  Nairanı bıçaqlayıb. 


Gənc qız aldığı bıçaq zərbələrindən həyatını  itirib. 21 yaşlı oğlan isə polis tərəfindən saxlanılıb.  Onun barəsində cinayət  işi açılıb.