Əli ət maşınında qalan azyaşlının iki BARMAĞI KƏSİLDİ
    • 26-07-2022, 21:51
    • 562

Əli ət maşınında qalan azyaşlının iki BARMAĞI KƏSİLDİ

Tərtər rayonunda bədbəxt hadisə nəticəsində əli ətçəkən maşının içərisində qalan uşağın kimliyi müəyyən olub. 

News24.az Bizim.media-ya istinadla verdiyi xəbərə görə, o, Tərtər rayonun İsmayılbəyli kənd sakini, 2020-ci il təvəllüdlü Səfiyeva Nigar Elnur qızıdır. 

Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu azyaşlının əlini çıxardıqdan məlum olub ki, onun iki barmağı qopub. 

Azyaşlının vəziyyətinin stabil ağır olduğu deyilir.