Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO
    • 24-12-2018, 14:38
    • 943

Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO

Rusiyanın paytaxtı Moskvada boks gecəsi keçirilib.

“Krılya Sovetov” Universal İdman Kompleksində baş tutmuş görüşdə Azərbaycanın iki peşəkar boksçusu mübarizə aparıb. 

Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Hidayət MusayevRusiyanın Barnaul şəhərindən olan erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib. Səkkiz raundluq görüşdə Hidayət hakimlərin yekdil qərarına əsasən təcrübəli rəqibi üzərində qalib elan edilib.

Bu, Həştərxan doğumlu idmançımızın peşəkar rinqdə keçirdiyi dördüncü matçda dördüncü qələbəsi olub.

Qeyd edək ki, Mingəçevirin “Kür” İdman Klubunun üzvü Hidayət Musayev bu ilin yanvarında keçirilmiş Azərbaycan çempionatının qalibidir. 

//Oxu